Oflayn qadınlar üçün açılan qapı

Hüquqlarını öyrən və yardım al

Oflayn qadınlar üçün açılan qapı

Hüquqlarını öyrən və yardım al

Oflayn qadınlar üçün açılan qapı

Hüquqlarını öyrən və yardım al

Layihə haqqında

"Oflayn qadınlar" layihəsi zorakılığa məruz qalan və internetə çıxışı məhdud olan qadınlara təhlükəsiz, ödənişsiz və asan yardım imkanı yaratmaq üçün hazırlanıb. Bu platformada sən zorakılığın formaları, hüquqların, mövcud dəstək xidmətləri və "116111 Qadın Dəstək Xətti"nə birbaşa çıxış barədə aydın məlumatlar tapa bilərsən. Məqsədimiz qadınların “görünməz” qalmasına son qoymaq, onların səsini eşitdirmək və ehtiyacı olduğu anda yanlarında olmaqdır.

Zorakılığı tanı

15 sadə sual ilə həyatında zorakılıq və nəzarət əlamətlərinin olub-olmadığını yoxla. “Zorakılığı tanı” testi tamamilə anonimdir və nəticə sənə risk səviyyəni göstərərək növbəti addımda nə etməli olduğunu anlamağa kömək edəcək.

Zorakılıq haqqında nə qədər məlumatlısan?

Zorakılığın növləri

Zorakılıq təkcə fiziki deyil. Bəzən “qayğı”, “tərbiyə” və ya “sevgi” adı altında da zorakılıq gizlənir.

Nədir?
Zərbə, təhdid, ağrıya və ya qorxuya səbəb olan davranış.
Əlamətlər?
Vurma, itələmə, təhdid, qorxu.
Nə etməli?
Təhlükəsiz yerə keç, 116111-ə zəng et, sübut saxla.

Nədir?
Təhqir, manipulyasiya və emosional nəzarət.
Əlamətlər?
Tənqid, təcrid, qorxutma.
Nə etməli?
Etibar etdiyin biri ilə danış, psixoloji dəstək üçün 116111-ə zəng et.

Nədir?
Pul, iş və qərarlara nəzarət.
Əlamətlər?
İşləməyə qoymur, xərclərə qarışır, pul vermir.
Nə etməli?
Yardım üçün 116111-ə zəng et.

Nədir?
Razılıq olmadan yaxınlıq və ya məcburiyyət.
Əlamətlər?
Qorxutma, razılıqsız toxunma, təhdid.
Nə etməli?
116111-ə zəng et, tibbi dəstək istə.

Nədir?
Qadını dostlarından və onlayn azadlığından təcrid etmək.
Əlamətlər?
Telefonu, mesajları yoxlama, izləmə, təhdid.
Nə etməli?
Yardım üçün 116111-ə zəng et.

Sual-cavab videoları

Zorakılığa dair hüquqi, psixoloji və sosial suallara cavabları mütəxəssislərdən dinlə.

Səni dinləyirik, kömək üçün buradayıq!

Hansı vəziyyətdə olursansa ol, çıxış yolu var. 116111 — “Qadın Dəstək Xətti” hər zaman sənin yanındadır.

Bir yaxınım 
zorakılıq yaşayır

Yaxınına necə dəstək ola biləcəyini öyrən.

Dərhal köməyə ehtiyacım var

116111-ə zəng et — pulsuz və anonimdir.

Haradan başlayacağımı bilmirəm

Sənin üçün uyğun olan sığınacaq, hüquqi və psixoloji dəstək imkanlarını addım-addım öyrən.

Təcili dəstəyə ehtiyacın var?

116111 — “Qadın Dəstək Xətti” 24/7, ödənişsiz və anonimdir.

Bir toxunuşla zəng et
Digər yardım xətləri

Öyrənmək qorunmağın ən güclü yoludur

Zorakılığın gizli formalarını tanı, hüquqlarını bil, və uşaqları qorumağın yollarını öyrən

Dəstək al