İlk addım nədir?

Zorakılıq yaşayan hər bir qadın bilməlidir ki, tək deyil. Dəstək istəmək bəzən çox çətin görünə bilər, qorxu, utanc, tərəddüd, “Bəlkə, dözüm?” düşüncəsi hiss edə bilərsən. Amma yardım almaq həyatını dəyişdirə biləcək ilk və ən vacib addımdır. Bu məqalə sənə həmin addımı atmaq üçün sadə, başa düşülən və təhlükəsiz bir yol xəritəsi təqdim edir.

1. Zorakılığın adını qoy, yaşadıqların sənin günahın deyil.

Bəzən qadınlar gördükləri davranışın zorakılıq olub-olmadığına əmin olmurlar. Unutma, susdurmaq, təhqir etmək, izləmək, pulunu əlindən almaq, icazə almağı tələb etmək, qadağalar qoymaq, səssizliklə cəzalandırmaq və ya məcburi hərəkətlər — bunların hamısı zorakılıq formalarıdır.

2. Təhlükəsizliyin prioritetdir.
3. Güvəndiyin biri ilə vəziyyəti paylaş.

Sənə inanan və sirrini saxlayacaq bir insan, məsələn, qonşu, qohum, dost, müəllim, sosial işçi sənə daha yaxşı dəstək ola bilər. Belə vəziyyətlərdə tək qalmaq riskləri artırır.

4. Dəstək xidmətlərinə müraciət et.
5. Əsas məlumatlarını özünlə topla.

Aşağıdakı sənədlər hüquqi proseslərdə sənə kömək olacaq:

İstənilən situasiyada xatırla ki, sən qanun ilə qorunursan və yardım almağa tam haqqın var. Bu veb-sayta daxil olmaqla isə artıq öz həyatında yeni bir qapı açmaq üzrəsən. Kiçik bir addım belə böyük dəyişikliklərin başlanğıcı ola bilər. Biz sənin yanındayıq!

Dəstək al